"Eurovision"da təmsilçimiz bəlli oldu

1 Mart 2014 12:53 (UTC+04:00)
"Eurovision 2014" musiqi müsabiqəsində Azərbaycanı təmsil edəcək ifaçı seçilib. Movqe.az-ın məlumatına görə, bu gənc müğənni Dilarə Kazımova olacaq. "Eurovision 2014"-ün seçim turu olan "Böyük səhnə"nin qalibi olan sənətçi Azərbaycanı Danimarkada baş tutacaq müsabiqədə təmsil edəcək.
Qeyd edək ki, Dilarə bundan öncə də 2008-2010-cu illərdə "Eurovision" mahnı müsabiqəsinin seçimlərinə qatılıb. "Eurovision 2-14" mahnı müsabiqəsi may ayında Kopenhagendə olacaq. Dilarə Kazımova 1984-cü ildə anadan olub. Ü.Hacıbəyli adına Bakı musiqi akademiyasını bitirib. "Yeni Dalğa 2010" müsabiqəsinin laureatıdır.