Tibb Universitetinin yataqxanasındakı yanğında iki əcnəbi zəhərlənib

1 Mart 2014 12:57 (UTC+04:00)
Fövqalədə Hallar Nazirliyi Tibb Universitetinin yataqxanasında baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub. Movqe.az-ın məlumatına görə, xəsarət alanlar xarici vətəndaşlar olublar. Onlardan biri Türkiyə vətəndaşı, digəri isə iranlı Şima Firuz adlı qız olub.

Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.