Azərbaycanda məktəbli özünü asıb

1 Mart 2014 13:06 (UTC+04:00)

Azərbaycanda məktəbli intihar edib. Tovuz Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün rayonun Alakol kəndində qeydə alınıb. Kənd sakini, 16 yaşlı Kamran Quliyev yaşadığı evin damında özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.Faktla bağlı Tovuz Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.