ABŞ-ın atom aviadaşıyıcısı Aralıq dənizinə girdi

1 Mart 2014 22:54 (UTC+04:00)
ABŞ-ın atom aviadaşıyıcısı "Corc Buş" fevralın 27-dən Aralıq dənizində döyüş növbəsindədir. movqe.az-ın məlumatına görə, bu barədə Pentaqondan məlumat verilib."Aviadaşıyıcı plan üzrə dənizdə təhlükəsizlik əməliyyatlarını dəstəkləyir və ABŞ hərbi-dəniz qüvvələrinin beşinci və altıncı donanmalarının bölgədəki öhdəliklərinə yardım edir", - deyə məlumatda bildirlir. Fevralın ortalarında Amerikanın Virciniya ştatında yerləşən Norfolk hərbi bazasından "Corc Buş" aviasiya daşıyıcısının rəhbərliyi altında aviasiya zərbə qruplaşması yola çıxıb.