NATO baş katibindən Rusiyaya Ukrayna xəbərdarlığı

1 Mart 2014 23:07 (UTC+04:00)
NATO-nun baş katibi Anders Foq Rasmussen Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin yolverilməz olduğunu bəyan edib. Movqe.az saytının məlumatına görə baş katib bu barədə özünün twitter səhifəsində yazıb. O bildirib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət emtəlidir. "Rusiya Ukraynanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinə hörmət etməlidir"-deyə A. F. Rasmussen qeyd edib.