ABŞ Soçidə keçiriləcək “Böyük Səkkizlik” sammitində iştiraka hazırlığını dayandırıb

2 Mart 2014 09:11 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin "Böyük Səkkizlik" sammitində iştiraka hazırlığının dayandırıldığını bildirib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 "Əgər Rusiya beynəlxalq hüququ pozmağa davam edərsə bu ölkənin siyasi və iqtisadi təcrid olunmasına gətirib çıxaracaq", deyə Ağ Ev bəyan edib.