Pan Ki Mun da Rusiyaya müraciət etdi

2 Mart 2014 09:18 (UTC+04:00)
BMT-nin baş katibi Pan Ki Mun Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə hörmtlə yanaşılmasını tələb edib. ANS PRESS-in xəbərinə görə, baş katibin məruzəçisi Martin Nesirki keçirdiyi mətbuat kopnfransında Pan Ki Munun Ukraynada və xüsusilə də Krımda baş verənləri yaxından təqib etdiyini, vəziyyətin daha da pisləşəcəyi ehtimalı ilə narahat olduğunu deyib.  Nesirki bildirib ki, baş katib münaqişənin sülh yoluyla həlli üçün tərəfləri birbaşa dialoq yoluna dəvət edib. Məsələ ilə bağlı Pan Ki Munun Rusiya prezidenti Vladimir Putinlə də danışacağını deyən məruzəçi BMT Təhlükəsizlik Şurasının toplantısında baş katibin müavini Yan Eliassonun bu barədə çıxış edəcəyini deyib. Ukraynada səfərdə olan Pan Ki Munun köməkçisi Robert Serrinin bu gün Krıma getmək istədiyini, bu mümkün olmadığından Cenevrəyə qayıdacağını deyən Nesirli, köməkçinin baş verənlər barədə Pan Ki Muna şəxsən məlumat verəcəyini vurğulayıb.