Angela Merkel Yatsenyuka zəng vurdu
2 Mart 2014 09:23 (UTC+04:00)
Almaniyanın kansleri Anqela Merkel Ukraynanın baş naziri Arseniy
Yatsenyuka zəng vurub. ANS PRESS-in xəbərinə görə, bu barədə
məlumatı yayan Almaniya hökumətinin rəsmisi Corc Streyt bildirib
ki, Krım üzərində gərginliyin çoxalması kansleri narahat edib.
Məlumata görə, baş verənləri narahatlıqla izlədiyini deyən Merkel
münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib
olduğunu vurğulayıb. "Ukraynanın öz əraziləri üzərində
suverenliyini heç kim müzakirəyə aça bilməz!"
Qeyd edək ki, ötən gün Rusiya hökumətinə bu istiqamətdə xəbərdarlıq
edən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer
bildirib ki, heç bir ölkə Ukraynanın suverenliyi və ərazi
bütövlüyünə zərər verəcək addım ata bilməz.