Goranboyda 4 otaqlı evdə yanğın baş verib

2 Mart 2014 08:42 (UTC+04:00)
Goranboyda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)  verdiyi xəbərə görə, yanğın rayonun Börü kəndində vətəndaşa məxsus ümumi sahəsi 196 kv.m olan birmərtəbəli 4 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağının yanar konstruksiyaları 15 kv.m və dam örtuyü 65 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.