Bakıda 7 nəfər dəm qazından zəhərləndi: 1ölü

2 Mart 2014 10:46 (UTC+04:00)
Sutka ərzində Bakı şəhərində 7 nəfər dəm qazından zəhərlənib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Bayıl qəsəbəsində yaşayan 35 yaşlı Abışov Elvin, hamamda çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.

Digər zəhərlənən şəxslər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Dəm qazından zəhərlənənlərin arasında 16 və 13 yaşlı azyaşlıların da olduğu bildirilir. Stansiyadan bildiriblər ki, zəhərlənlərin əksəriyyətini kişilər təşkil edir.

Xatırladaq ki, bir neçə gün öncə Suraxanı rayonu Binə qəsəbə sakini Aytən Mirzəyevənin meyidi yaşadığı evdə tapılıb.

Araşdırmalar zamanı qadının dəm qazından zəhərlənərək öldüyü məlum olub.