İran nüvə silahının istehsalından imtina etdi
2 Mart 2014 10:51 (UTC+04:00)
İran prezidenti Həsən Ruhani ölkəsinin nüvə silahının istehsalından
imtina etdiyini bildirib. "Reuters" agentilyinin məlumatına Ruhani
bu sözləri müdafiə nazirliyində keçirilən görüş zamanı bildirib.
İran prezidenti bu qərarın "mənəvi prinsiplər"ə görə qəbul
olunduğunu ifadə edib. "Əgər İran kütləvi qırğın silahı istehsal
etmək istəsəydi, nüvə silahındansa kimyəvi və ya bakterioloji silah
düzəltmək daha asan olardı" - prezident Ruhani belə deyib. Daha
əvvəl İranın ali dini lideri ayətullah Əli Xamneyi İranda nüvə
silahının istehsalını qadağan edən fətva vermişdi.