İtənləri Nokia tapır

2 Mart 2014 12:40 (UTC+04:00)

Nokianın Barcelonada görücüyə çıxardığı yeni aksesuarıyla əşyalarınızın itməsinin önünə keçməyi planlaşdırır.


Məhsul plastikdən yaradılmış və kibrit qutusu böyüklüyündədir . Treasure Tag adı verilən bu kiçik rəngli aparatları pulqabınıza , açarlığınıza ya da çantanıza taxaraq bluetooth və ya NFC texnologiyası ilə Nokia Lumia telefonunuz uyğunlaşdırırsız . Uyğunlaşma bir dəfə edildiyində telefonunuzla ' Treasure Tag ' adı verilən orijinal aksessuarlar bir-birindən 40 metrdən daha çox uzaqlaşarsa həyəcan çalmağa başlayır. Beləliklə pulqabınızı və ya Treasure Təqlər taxdığınız hər hansı bir əşyanızın itməsinin önünə keçilməsinə məqsəd qoyulur. Siz həyəcan səsini eşitməsəniz belə telefonunuzdakı Treasure Tag tətbiqində olan xəritə sayəsində əşyanızın yerini təsbit etməniz mümkündür.


Nokiadan edilən şərhə görə hələlik yalnız Nokia Lumia telefonlarla uyğun olan bu aksesuar irəlidə 3. Partiya proqramlarla iOS və Android cihazlarda da istifadə edilə biləcək.


Treasure Təqlər qiymətinin isə 30 dollar olacağı deyilir