Ukraynada müharibə başlandı?
2 Mart 2014 15:45 (UTC+04:00)
Rusiya ordusu Ukraynaynanın Sevastopoldakı hərbi hissələrinə hücum
etməyə hazırlaşır.Rusiya ordusu Ukraynanın Sevastopoldakı Matros
Koşka hissələrinə hücuma başlayıb. Lazereskaya 1 ünvanında yerləşən
39-cu dəstə girişin qarşısını BTR-lərlə almağa hazırlaşırlar.
Dmitri Beloçerkovesbu barədə Facebook səhifəsində
yazır: "Rusiya ordusu Ukraynanın Sevastopol hissəsindən hücuma
başlayıb. Bizimkilər BTR-lərlə müdafiəyə hazırlaşırlar".
O, jurnalistlərdən oraya gedib baş verənləri işıqlandırmalarını
xahiş edib.
D. Beloçerkoves "Ukrainskaya pravda"ya açıqlamasında rusların
Lazerevskaya kazarmasının qarşısında yerləşən hərbi şəhərciyə -
39-cu təlim hissəsinə hücum etdiklərini təsdiqləyib:
"Ukraynalı zabit-parlamentçilər əsir götürülüblər. Binalardan
birində yanğın başlayıb. Heç bir nişanı olmayan Rusiyanın "KamAZ"ı
hərbi şəhərciyin ərazisinə daxil oldu. Bizimkilər girişi BTR-lərlə
kəsiblər və rusların "KamAZ"ı onların əsas qüvvələrindən ayrı
qalıb.
O, əlavə edib ki, ruslar şəhərciyin sərhədlərində avtomatlılar
qoyublar və atəşlərlə hədələyirlər. "KamAz"dan heç kim
düşmür...