Ukrayna hava məkanını hərbi təyyarələrə bağladı
2 Mart 2014 16:10 (UTC+04:00)
Ali Rada Rusiya prezidentiVladimir Putini rus
qoşunlarını Ukrayna ərazisinə yeritməkdən çəkinməyə çağırıb.
Movqe.az xəbər ki, Ali Rada həmçinin Rusiya tərəfindən Qaradəniz
donanmasını öz dislokasiya yerlərinə qaytarmağı tələb edən bəyanat
da verib:
"Ali Rada RF-nin Qaradəniz donanmasının Ukrayna ərazisində
yerləşməsinin baza razılaşmasının sözsüz yerinə yetirilməsini tələb
edir: hərbi hissələr özlərinin dislokasiya yerlərinə təcili olaraq
qaytarılmalıdır. Hərbçilərin, texnikanın və silahların istənilən
hərəkəti Ukraynanın məsul orqanları ilə razılaşdırılmalıdır".
Bu arada Ukrayna hökuməti ölkənin hava məkanını hərbi təyyarələr
üçün bağlayıb.
Müvafiq qərarı prezidentin səlahiyyətlərini müvəqqəti icra
edənAleksandr Turçinovverib. Onun sözlərinə görə,
Ukrayna səması yalnız mülki aviasiya üçün açıq olacaq. O bildirib
ki, ölkənin bütün aeroportları güclü nəzarətə götürülüb.
Turçinov əlavə edib ki, Ukraynanın hərbi infrastruktur obyektlərinə
istənilən hücum Rusiya tərəfindən birbaşa təcavüz kimi qəbul
ediləcək. Onun fikrincə, Federasiya Şurasının V.Putinə Ukraynaya
qoşun yeritmək haqqı tanımasını faktiki olaraq müharibənin
başlanması kimi qəbul etmək olar. Turçinov həmçinin Ukraynanın
xarici partnyorlarından kömək istəyib.
KİV-də Ukrayna ərazisindəki hərbi hissələrin ələ keçirilməsi haqda
xəbərlər yayılıb. Bildirilirdi ki, Sevastopolda naməlum şəxslər
sərhəd qoşun hissəsinə, kazaklar isə Feodosiyada dəniz quru
qoşunlarının batalyonlarına hücum ediblər.