Nazir Ə. Qarayev “Eurovision-2012” ilə əlaqədar Azərbaycana gələn turistlərin sayını açıqlayıb

12 İyun 2012 13:48 (UTC+04:00)


Nazir deyib ki, müsabiqə ilə əlaqədar Azərbaycana səfər edən "Eurovision" təmsilçiləri və nümayəndə heyətlərinin sayı təxminən 6-7 min nəfər olub: "Adətən 15 gün müddətində Azərbaycana gələnlərin ümumi sayı 30-40 mindən çox olmur. "Eurovision" ərəfəsində isə bu rəqəm 100 min nəfərdən çox olub. Buradan belə nəticə çıxara bilərik ki, turizm məqsədilə Azərbaycana gələn insanların sayı 50 mindən çoxdur. Bu insanlar "Eurovision"u izləmək, bu sevinci yerində yaşamaq üçün Azərbaycana gəliblər, bununla da ölkəmizə gələn turistlərin sayı artıb. "Eurovision"un çox böyük uğurla keçirilməsi gələcəkdə Azərbaycana gələn turistlərin sayının artmasına böyük təkan verəcək".

Nazirin sözlərinə görə, 57-ci "Eurovision" yarışması zamanı Azərbaycana nəqliyyatı daha rahat və birbaşa uçuş olan ölkələrdən insanlar gəlib: "Sözsüz, burada nəqliyyatın rahat olması, birbaşa uçuşun olması faktoru böyük rol oynayır. Rusiya, Gürcüstan, İran, Orta Asiya respublikaları və Türkiyədən Azərbaycana daha çox insan gəlib. Bununla belə, Avropa ölkələrindən, hətta ABŞ-dan da xüsusi qruplar Azərbaycana səfər edib".

E.F.N