AXCP-nin qərargahında partlayış olub (FOTO)
3 Mart 2014 09:20 (UTC+04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi qərargahının
zirzəmisində partlayış baş verib.
ANS PRESS-in məlumatına görə, bu haqda partiyanın mətbuat katibi
Natiq Ədilov özünün Facebook səhifəsində məlumat paylaşıb. Onun
sözlərinə görə, partlayış zirzəmidəki bərbərxanada olub. Nəticədə
qərargahın konfrans zalına ciddi ziyan dəyib. Movqe.az-ın Fövqəladə
hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə,
gecə Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli yaşayış
binasının zirzəmisində ümumi sahəsi 20 kv.m olan bərbərxanada
yanğınla nəticələnən partlayış baş verib. Nəticədə bərbərxananın
yanar konstruksiyaları yanıb, arakəsmə divar 30 kv.m sahədə uçub.
Bina yanğından mühafizə olunub. Yanğın saat 04:51-də
yanğınsöndürənlər tərəfindən söndürülüb.