Eks-prezidentlərin təminatı haqqında konstitusiya qanunu qəbul olundu
12 İyun 2012 13:49 (UTC+04:00)
Bu gün Milli Məclisin növbədənkənar iclası öz
işinə başlayıb. Lent.az-ın verdiyi məlumata görə, iclasda
"Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə
üzvlərinin təminatı haqqında" konstitusiya qanunu layihəsi ikinci
oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi barədə məlumat verən Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki,
Konstitusiya qanunu olduğu üçün 6 aydan sonra qanun ikinci, sonuncu
dəfə müzakirəyə çıxarılıb.
Daha sonra səsvermə keçirilib və qanun qəbul
edilib.