Roza iyanə qutuları ilə restoranlardan pul topladı - FOTOLAR

3 Mart 2014 12:16 (UTC+04:00)
Bir neçə gün bundan öncə Metropark AVM-də xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynli üçün xeyriyyə konserti keçirilib. Movqe.az-ın məlumatına görə, müğənnilər Gülyanaq Məmmədova, Roza Zərgərli, Nadir Qafarzadə, Günay İbrahimli, Sevda Yəhyayeva,  Sevil Sevinc bacıları, Lətifə Soyuöz, Yaşar Cəlilov,Murad Sadıx, Afaq Aslan, skripkaçı Səlim, reper Anar Nağılbaz,prodüser Tarix Əliyev, "Şarm" və "Avantaj" qrupları Nərmin üçün bir araya gəlib. Konsertdə ən yadda qalan məqam isə Roza Zərgərlinin iyanə qutuları ilə restoranlardan pul toplaması olub.Tədbirdə eyni zamanda futbolçuların imzalı formaları aksiona  çıxarılıb. Sənətçilər formaları satmaqla yanaşı özləri də əldə ediblər.  Konsertin aparıcıları  Gülnarə İlham və Şahin Cavadsoy olub.