Tağı Əhmədovun yerinə təyin olunan yeni sədr işə başladı
3 Mart 2014 14:01 (UTC+04:00)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin
yeni sədri Zaur Hüseynovun təzə işinin icrasına
başlayıb.
Bakı Metropolitenindən ANS PRESS-ə verilən
məlumata görə, Zaur Hüseynovun bu gün idarəyə gəlib və iş
səlahiyyətlərinin icrasına başlayıb. Zaur Hüseynov həmçinin "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətnin işçiləri ilə də tanış
olub.
Qeyd edək ki, prezident İlham Əliyev "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında
sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Bakı
Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin
yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı
Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət)
yaradılsın.
Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni"
Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.