Kıvanç Tatlıtuğ iti Parsa baxıcı tutdu!

3 Mart 2014 14:42 (UTC+04:00)

Türkiyəli aktyor Kıvanç Tatlıtuğ iti Parsaya 2 min TL - ya ( 705 manat)  baxıcı tutub. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star" tv-də yayımlanan "Kurt Seyit Və Şura" serialının çəkilişləri hələ də davam etdiyi üçün Kıvanç yenidən Rusiyaya yollanıb. İtini özü ilə apara bilməyən aktyor onu İstanbulda qoymaq məcburiyyətində qalıb.


Qeyd edək ki, baxıcı Parsın gündəlik yeməyi, gəzintisi və s. ilə maraqlanır.