İlan və timsah arasında ölümcül döyüş

3 Mart 2014 15:19 (UTC+04:00)

Avstraliyanın şimal-şərqindəki Queensland əyalətində üç metr uzunluğundakı bir ilan və bir timsah arasında ölüm-dirim mübarizəsi, görənləri dəhşətə salıb. 


Bazar günü İsa Dağı yaxınlarındakı Moondarra gölünü ziyarət edənlər tərəfindən göstərilən döyüş, piton olduğu sanılan ilanın zəfəri ilə sona çatıb.. 


Movqe.Az xəbər verir ki, suyun içində tutduğu timsahı boğan ilan, daha sonra ovunu quruya sürüyüb yalnız 15 dəqiqə ərzində yeyib.


İki sürünən arasındakı ölümcül döyüşü göstərən Tiffani Korlis, jurnalistlərə etdiyi şərhdə, "Timsah ilə ilanın suyun içində mübarizə etdiyini gördüm. Timsah, başını suyun üzərində tutmağa çalışırdı. Hərəkət etməsinə maneə törətmək üçün timsaha dolanan ilan, boğduğu ovunu quruya çıxardı və başından başlayaraq 15 dəqiqə müddətində uddu "deyib.