Şimali Koreya yenə roket atdı

3 Mart 2014 15:36 (UTC+04:00)

Cənubi Koreya dövlət qaynaqlarından alınan məlumata görə , Şimali Koreya bu gün yerli saat ilə 06.12-də 10 dəqiqə ara ilə iki raket atıb. Atılan mərmilərin Şərq dənizinə düşdüyü bildirilib. Cənubi Koreya Müdafiə Nazirliyinin verdiyi məlumata görə , atılan mərmilərin 500 kilometrlik qısa mənzilli Scud -c mərmisi olduğu deyilib. Cənubi Koreya Müdafiə Nazirliyinin spikeri Kim Min -Seok etdiyi şərhdə , "Şimali Koreya , bu cür təcavüzkar rəftarlarına bir an əvvəl son verməsi lazımdır" ifadələrini işlədib.

Mütəxəssislər isə son zamanlarda Cənubi Koreya ordusu ilə ABŞ birliklərinin ortaq şəkildə reallaşdırdığı "Foal Eagle" və "Key Resolve" adlı hərbi əməliyyatlara diqqət çəkir. Şimali Koreya mütəxəssisləri , Pyongyang rəhbərliyinin mərmiləri , hərbi əməliyyatlara bir reaksiya olsun deyə atıldığını deyib.