Dj Çina iki bahalı avtomobil idarə edir - FOTOLAR

3 Mart 2014 15:57 (UTC+04:00)

Dj Çina hazırda iki avtomobil idarə edir.


Çina deyib ki, hər zaman iki maşına sahib olmaq arzusunda olub:


"İlk avtomobilim idman stillidir. "Ford Mustang" özüm üçündür, tədbirlərə onunla gedirəm. "BWM X5" isə ailəmi müəyyən yerlərə aparmağa lazım olur. 7 aydır ki, usta yanında idi. İstədiyim formaya salmaq üçün vermişdim. İki gündür təhvil almışam.


Avtomobillərimin nömrəsi atamla anamın adlarının baş hərfidir: FZ – Fazil və Zöhrə. Hər zaman iki avtomobil markasının arzusunda olmuşam. Şükür ki, ikisinə də sahibləndim. "BMW"ni işlənmiş vəziyyətdə almağıma baxmayaraq, çox düşərli oldu". Milli.az