Facebook paylaşdı, atasını "yandırdı"

3 Mart 2014 17:40 (UTC+04:00)

Bu günlərdə sosial media vasitəsilə bir çox şeyi paylaşsaq, da bəzi hallarda bunun əvəzi çox ağır ola bilir. Eynilə gizlilik müqaviləsini unudub fikirlərini yazan və atasının 80 min dollar pul cəriməsi almasına səbəb olan Dana kimi.


Movqe.Az xəbər verir ki, Floridada yaşayan və bir müddətdir atasının Gulliver Hazırlıq Məktəbi ilə olan iddia müddətini yaxından izləyən Dana Snay , iddianın atası lehinə nəticələnməsi ilə Facebookdan bu vəziyyəti 1200 yoldaşıyla paylaşdı və bu sətirləri yazdı: "Anam və atam "Gulliver"ə qarşı iddianı qazandı, artıq Gulliverdən aldığım pulla Avropaya tətilə çıxaram. "


Lakin gənc qızn unutduğu bir şey vardı: O da Snayın ailəsinin məktəb ilə etdiyi gizlilik müqaviləsinə görə məhkəmə qərarı və prosesilə əlaqədar hər hansı bir inkişafı heç kimlə paylaşmamasıdır.


Lakin Snay bunu unudub içində Gulliver məktəbindən yoldaşlarının da olduğu Facebook hesabından məhkəməylə  əlaqədar məzmun paylaşdıqda, bunun cəzasını Dananın atasına kəsildi və gizlilik müqaviləsinə zidd hərəkət edildməsi səbəbiylə 80 min dollar pul cəriməi verildi.