Azərbaycanda zəlzələ oldu

3 Mart 2014 18:26 (UTC+04:00)

Qəbələ rayonunda zəlzələ olub. Movqe.az-ın Azərbaycan Milli Almlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, bu gün saat 16:38-də Qəbələdən 9 km şimal-şərqdə zəlzələ qeydə alınıb.Zəlzələnin gücü 3 bala yaxın hiss olunub. Maqnitudası 3,2 olan zəlzələ 7 km dərinlikdə baş verib. Yeraltı təkanlardan sonra tikililərdə dağıntı olmayıb.Qeyd edək ki, Qəbələdə fevral ayının 26-da da zəlzələ baş vermişdi. Bir necə gün öncə qeydə alınan təkanların maqnitudası 3 olub.Ümumilikdə isə fevral ayında Azərbaycanda 7 zəlzələ baş verib. Təkanlar Lerik, Qəbələ, Xəzər dənizi, Hacıqabul, İsmayıllı rayonlarında baş verib.