Narışkin: “Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsinə hələ ki, lüzum yoxdur”

3 Mart 2014 23:10 (UTC+04:00)
"Rusiya silahlı qüvvələrinin Ukraynada istifadəsinə hələ ki, lüzum yoxdur". movqe.az-ın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin "Rusiya-24" telekanalına müsahibəsi zamanı bəyan edib."Mən, həmkarlarım kimi, "müharibə" sözünü heç dilimə gətirmək istəmirəm. Federasiya Şurasının qəbul etdiyi qərar sadəcə hüquq verir. Hələ ki buna ehtiyac yoxdur", deyə Narışkin bildirib.