Azərbaycanda bank müdiri həbs edilib
4 Mart 2014 10:27 (UTC+04:00)
"Kapital bank"ın Abşeron filialının rəhbəri
Elvin Rüstəmov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsi tərəfindən həbs olunub. Movqe.az xəbər verir ki, bu barədə AzNews.az-a məlumatı bankın daimi
müştərisi verib. Bankdakı mənbə isə həbs xəbərini belə izah
edib: "Bankda yoxlamalar aparılırdı. Bir neçə gün əvvəl də iş
saatının sonuna yaxın mülki geyimli şəxslər banka daxil olaraq,
müdirin otağına keçdilər. 10-15 dəqiqədən sonra isə onlar müdirlə
bərabər, heç kimə bir söz demədən bankı tərk etdilər. Həmin gündən
sonra isə müdir işə gəlmir. Hələ ki, onun həbs olunub-olunmaması
barədə heç nə deyə bilmərik. Çünki müfəssəl məlumatımız
yoxdur".
Mənbə bildirir ki, hadisənin sabahı günü bankın Baş ofisindən
Yalçın Novruzov adlı şəxs müdir vəzifəsini müvəqqəti icra etmək
üçün filiala göndərilib. Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı
Kapital bankın Xırdalan filalı ilə əlaqə saxladıq. Filalın özünü
təqdim etməyən əməkdaşı isə Elvin Rüstəmovun məzuniyyətdə olduğunu
bildirib.