Bakıda yarım milyon dollarlıq cinayət

4 Mart 2014 10:28 (UTC+04:00)

Bakı şəhər sakininə qarşı dələduzluq edilib.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Sabir Məmmədov polisə ərizə ilə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ədalət Nemət oğlu Fəttahova biznes qurmaq üçün 500 min ABŞ dolları verib. Lakin sonuncu ona qarşı dələduzluq edib.