Rozadan "şalvarsızlar"a böyük dəstək gəldi

4 Mart 2014 10:40 (UTC+04:00)
Son vaxtlar paytaxtda müxtəlif formatlı flaşmoblar təşkil edilir. Mətbuatın diqqətini cəlb edən daha bir flaşmob "Şalvarsız aksiya" da cəmiyyətdə birmənalı qarşılanmadı. Bundan sonra müxtəlif fikirlər, mövqelər yarandı. Müğənni Roza Zərgərli də mavilərin müdafiəsinə qalxdı : "Oxudum ki, bu gün Bakının mərkəzində LGBT təşkilatının üzvləri, yəni seksual azlıqlar aksiya keçirib. Şərhləri oxuyuram, hər kəs təhqirlər yazır. Bir müddət öncə özünə qəsd edən İsa Şahmarlının valideyninin halına pis olmuşdum, bu, valideyn üçün böyük dərddir. Amma Alla Puqaçovanın bu haqda mövqeyini dəstəkləyirəm və çox bəyənirəm. Müsahibəsində, dostları arasında da bir çox seksual azlıqların olmasını təsdiqləyib. Onları təhqir, mühakimə və tənqid etmədiyini, işlərinə qarışmadığını söyləmişdi. Ancaq gey-paradlar haqqında "Nəyə görə bunu edirlər? Hər kəsə göstərmək üçün?" sözlərini demişdi. Mən də Alla Puqaçova ilə eyni fikirdəyəm. Axı nəyə görə aksiya keçirirlər? Sakit yaşamaq olmaz ki? Mütləq bunu hər kəsə göstərmək lazımdır?".