3 azyaşlı dəm qazından zəhərlənib

4 Mart 2014 11:24 (UTC+04:00)
Ötən ay dəm qazından zəhərlənmə diaqnozu ilə 76 nəfər Təcili Təxirəsalınmaz Tibbi Yardıma müraciət edib. Movqe.az-a bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, onlardan 35 nərəfi xəstəxanaya yerləşdirilib: " 21 müraciətdən isə 15-də allergik reaksiya müşahidə olunub".

A. Maqsudov dəm qazından zəhərlənənlərin 3-nün azyaşlı olduğunu söyləyib. Onun sözlərinə görə, ötən ay dəm qazından 1 nəfər boğularaq dünyasını dəyişib.