Yumurta qabığından sənət - FOTOLENT

12 İyun 2012 18:01 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, 72 yaşlı Slovak sənətçi Frank Qromun yumurta qabıqları üzərində gözəl rəsmlər çəkə bilir. Qromun "yumurta sənəti" səbr və dözüm tələb edən bir işdir.

Öncə yumurtanın təpəsini və altını deşərək içindəki bütün mayeni boşaldan sənətçi, ardınca iynə uclu tapançasıyla işini görür və ortaya bir-birindən yaradıcı bu əsərlər çıxır.