Reperdən Şeyxə təhqir dolu bir mesaj : " "Tı kto takoy,davay dosvidaniya!"

4 Mart 2014 15:18 (UTC+04:00)

Şeyx Əbdül Mahmudbəyovla reper Anar Nağılbaz arasında qalmaqal yaranıb. Səbəb isə Əbdül Mahmudbəyovun  ANS telekanalındakı çıxışında "bizə rep deyil, meyxana lazımdı"-deməsidir. Buna cavab olaraq Nağılbaz facebook səhifəsində  tanınmış rejissoru təhqir edib.

 

Şeyx Əbdülün Publika.az vasitəsiilə cavabı özünməxsus olub: "Mən nə onu, nə də atasını tanıyıram. Birincisi mən heç dədəmin üzünü yalamamışam, o ki, qala, küçədən keçənin birinin üzünü yalayım. İkincisi də bu kimi səviyyəsiz ifadəni söyləyən adam xəstədir. Atası aparsın oğlunu narkotikdən müalicə etdirsin, sonra gəlsin danışaq. Kişisən, gəl üzbəüz danışaq. Mənim səviyyəm, savadım göz qabağındadır, filmlərimi də hər kəs tanıyır. Mən həm də buna məəttəl qalmışam ki, səviyyəsiz biri mənə necə ilişə bilər? Mənə həmişə səviyyəli adamlar ilişib".

 

Qeyd edək ki, Facebook səhifəsində Anar Nağılnaz belə yazıb:

 

"İndi mənim sualım sənədir, çoxüzlü, ziyalı tayfasının heç yanından keçməyən, televiziyaların çöllərində 60 yaşında sülənən Əbdül müəllim, sən bundan nə qazandın? Ay, Əbdül, çöldə üzümü yalayan sən idin. "Sən əslində bilirsən, amma repi meyxananın dalına salırsan. Əgər sənin siyasətin bu arada repi (qərbi) - meyxananın (şərqin) dalına salmaqdırsa, alınmadı, çünki buna hər halda deyirlər "çuşka"lıq". "Çox adamlardan sizin savadsız olduğunuzu eşitmişdim, amma Elgizin verilişindən sonra sizin nə milli və nə riyazi anlayışınızın olmadığını gördüm. Ümumi fikirlərdə xalqa yaxın danışsanız da, xahiş edirəm bilmədiyiniz işlərə burnunuzu soxmayın. Çox təəssüf edirəm özünüzü qəhrəman hiss etdiniz. "Tı kto takoy,davay dosvidaniya!"