Yaz xəstəliklərindən özümüzü necə qoruyaq

4 Mart 2014 17:59 (UTC+04:00)

Bildiyimiz kimi, yaz aylarında havaların istiləşməsi sağlamlığa yaxşı təsir göstərir. Lakin, bahar xəstəlikləri kimi bilinən asqırma, sulu burun axıntısı, qızdırma, öskürək, həddindən artıq halsızlıq və bəzi infeksiyalar sağlamlıq üçün təhlükəli hesab olunur. Yaz aylarında bir çoxlarında əzələ ağrıları və spazmı, şiddətli baş ağrısı, nəfəs darlığı kimi problemlər də olur. Bu baxımdan bahar xəstəliklərindən qorunmaq üçün mövsümi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. Lazımi prosedurlardan əlavə həkim müayinəsində olmaq da vacibdir.

Türkiyəli mütəxəssis Dr. Muratın sözlərinə görə bu cür xəstəliklərdən qorunmaq üçün pambıqlı paltarlardan istifadə etmək, mövsümi meyvə və tərəvəzləri yemək, normal yuxu yatmaq, günəş işığından faydalanmaq olar. 


Sintetik paltar əvəzinə pambıq paltardan istifadə

Mövsümi qaydalara uyğun olaraq tərlədən neylon, sintetik paltarlar əvəzinə pambıqdan hazırlanmış incə paltarlar seçim edilə bilər. Həmçinin, bədənin hava almasını təmin edən paltarlarada üstünlük verilməlidir.

Evi bahar havası ilə havalandırmaq

Bahar aylarında zəruri olmadıqca sıxlıq yerlərdə və bağlı yerlərdə qalınmamalıdır. Bağlı mühitlər tez-tez havalandırılmalı, təmiz hava alınmalıdır. Evi havalandırarkən pəncərə-qapılar açılmalı, daha sonra ev təmizliyi edilməlidi.


Mövsümi meyvə və tərəvəzlərə üstünlük vermək

Bahar fəslində təzə meyvə və tərəvəz istifadəsi çox əhəmiyyətlidir. Bundan əlavə hamilə qadınlarda, uşaq və yaşlılarda, bəzi xroniki xəstəliyi olanlarda vitamin möhkəmlətməsi vacibdir. İnsan bədəni üçün suyun vacibliyi unudulmamalı, hər gün yetərli maye qəbul edilməlidir. Mövsümə uyğun olaraq açıq havada edilən nizamlı məşqlər də insan sağlamlığını bahar xəstəliklərdən qoruyur.


Bədənin ehtiyacı qədər yatmaq

Sağlamlıq üçün yuxu saatına diqqət edilməli, gün ərzində keyfiyyətli yuxu alınmalıdır. Çünki, yuxusuzluq bədən müqavimətini salaraq daha asan xəstələnməyə səbəb olur. Yuxu nizamı yaş, gündəlik fəaliyyət sıxlığı və müddəti kimi faktorlara görə təyin edilməlidir.


Günəş işığından faydalanmaq

Lazımlı tədbirlər alınmasına baxmayaraq xəstəlik başlayanda erkən müalicə çox əhəmiyyətlidir. İlk vaxtlarda yüngül yataq istirahəti və günəş vannası məsləhətdir. 

Qızdırması olanlar isə qızdırma salıcı, ağrı kəsici dərmanlardan istifadə edə bilər. Vitaminlər də təsirlidir. 


Həkimə müraciət etmək

Görülən tədbirlər yetərli olmadıqda və ya özünüzü halsız, yorğun hiss etdikdə, öskürək, bəlğəm, nəfəs darlığı, soyuq olma kimi əlamətlər yaşadıqda mütləq həkimə müraciət edin.