Benyamin Netanyahu: “İsrail İranın nüvə silahına yiyələnməsinə icazə verməz”

4 Mart 2014 23:21 (UTC+04:00)
 "İsrail İranın nüvə silahına yiyələnməsinə icazə verməz". Movqe.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Barak Obama ilə görüşündə bildirib.Onun sözlərinə görə, İranın nüvə silahına sahib olmasına imkan verilməməlidir: "İsrail İranın nüvə silahı əldə etməsinə icazə verə bilməz. Buna mane olmağımız lazımdır. Biz İsrailin müdafiəsi naminə zəruri olan hər şeyi edərik".