Ermənistana yeni MİQ-29 təyyarələri gətirilib

4 Mart 2014 23:37 (UTC+04:00)
Ermənistanda Rusiyaya məxsus Erebuni cənub hərbi bazası təmirdən sonra istifadəyə verilib. Və yeni bazanın təkmilləşdirilməsi üçün bura Rusiyadan dördüncü nəsil MİQ-29 qırıcı təyyarələri gətirilib. Hazırda həmin təyyarələr sınaqdan keçirilir.Movqe.az-ın məlumatına görə, Rusiyanın Ermənistandakı hərbi bazasının da təmirdən sonra nə qədər yararlı olması yoxlanılır.Qeyd edək ki, rusların Ermənistandakı MİQ-29 qırıcı təyyarələri bu ilin əvvəlindən 50 dəfə hərbi təlimlər keçirib.