“Od Çərşənbəsi”ndə azyaşlı tonqalda yandı
5 Mart 2014 11:30 (UTC+04:00)
Bakının Pirallahı rayonunda azyaşlı uşaq yanıb. Bakı Şəhər Təcili
və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AzNews.az-a verilən
məlumata görə, dünən gecə saat 20:20-də azyaşlı uşağın yanması ilə
bağlı müraciət daxil olub.Hadisə yerinə gedən təcili yardım
briqadası yaralıya ilkin tibbi yardım göstərək, xəsarət alan 10
yaşlı Ağəli Mirəhmədovu hər iki əlinin yanıq xəsarətləri ilə
xəstəxanaya çatdırıb.
Hadisə Bakının Pirallahı qəsəbəsi S.Bağırov küçəsi, ev 3, mənzil 59
ünvanında baş verib. Stasiyadan bildirilib ki, ilkin məlumata görə,
azyaşlı ötən gün "Od Çərşənbə"si mərasimi ilə bağlı yaşadıqları
həyətdə qalanan oddan atılan zaman tonqala düşərək, yanıb.