Ədliyyə Nazirliyi İcra Xidmətinin 25 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib

5 Mart 2014 12:43 (UTC+04:00)

Ötən il ərzində Ədliyyə Nazirliyi İcra Xidmətinin 25 əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib.


Movqe.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilə dair hesabatında qeyd olunub.

 

Məlumata görə, icra prosesi zamanı qanunvericiliyin tələblərinə bu sahədə işin təkmilləşdirilməsinə diqqət yetirilib, yoxlama və monitorinqlər aparılıb. Fəaliyyətində ciddi qanun pozuntularına yol verən icra xidmətinin 25 əməkdaşı ciddi intizam məsuliyyətinə cəlb edilib.

 

İl ərzində ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı istintaqı aparılan 971 işdən 513-ü üzrə ibtidai istintaq tamamlanıb. Bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2366371 manat ziyanın 1114353 manatı (47 faizi) istintaqın gedişində ödənilib.