Azərbaycanlı jurnalist ölüm yatağında

5 Mart 2014 12:46 (UTC+04:00)
BBC-nin əməkdaşı jurnalist Zülfüqar Rüfətoğlu komaya düşüb. Movqe.az-a bu barədə jurnalistin yaxınları məlumat verib. Məlumatda bildirilir ki, jurnalist hazırda ağır vəziyyətdə Caspian Hospitaldadır.
Həkimlər jurnalistin həyatının təhlükədə olduğunu söyləyiblər. Qeyd edək ki, Z. Rüfətoğlu 1958-ci il iyunun 22-də Bakı şəhərində anadan olub. 1965-1975-ci illərdə 172 saylı orta məktəbdə təhsil alıb. 1975-ci ildə həmin məktəbi qızıl medalla bitirib. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb, 1980-ci ildə buranı fərqlənmə diplomi ilə bitirib. BBC Azərbaycan xidmətinin prodüseridir. 1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.