Emma Ələkbərzadə kimi əxlaqsız adlandırdı ?

5 Mart 2014 13:20 (UTC+04:00)

Şou-biznesin ən mehriban bacıları arasında qalmaqal yarandığı və onların küsülü olduqları barədə xəbərlər hər kəsi çaş-baş qoyub. Mövqe.az xəbər verir ki, bacılar Sevda Ələkbərzadə və bacısı, müğənni Emma Ələkbərzadə arasında qara pişik keçdiyi deyilib. "Şou+" verlişində bu barədə açıqlama verən müğənni Emma Ələkbərzadə bu şayəni deyən kəsləri tərbiyəsiz adlandırıb : "Biz iki bacı, bir qardaşıq. Ət dırnaqdan ayrılar? Yox, biz də heç vaxt ayrılmarıq. O sözləri yayan insanların atası da, anası da tərbiyəsizdir. Ancaq əxlaqı düz olmayan insanlar belə şayiələr yayar. Getsinlər öz bacı-qardaşlarından danışsınlar. Bizim aramızda heç bir problem yoxdur".