Narkotik istifadəçiləri Cənubu bürüyüb

12 İyun 2012 22:43 (UTC+04:00)
Cənub TV kanalı xəbər verir ki, cənub bölgəsində aşkarlanan 26 cinayət fakti üzrə 18 kiloqram 688 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

Həmin faktların 16-sı satış, 7-si saxlama, 3-ü qaçaqmalçılıqla bağlı olub və 22 nəfər cinayət məsuliyyətunə cəlb edilib. Həmin faktlar üzrə 9 kq 902 qram heroin, 5 kq 868 qram həşiş, 2 kq 919 qr tiryək tutulub. Regional şöbədən onu da bildirdilər ki, 2011-cu ilin ilk 3 ayında 25 fakt üzrə 30 kq 23 qram narkotik vasitə tutulmuşdu. Bu faktlar üzrə 18 nəfər həbs edilib.

2012-ci  ilin yanvar-mart aylarında cənub bölgəsində aşkarlanan narkotik vasitənin 6 kq 217 qramı 15 fakt üzrə Lənkəranda qeydə alınıb.

Türkan Nadirqızı

Movqe.Az