3 ölkə Qatardakı səfirlərini geri çağırdı

5 Mart 2014 14:40 (UTC+04:00)

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bahreyn, Qatardakı səfirlərini çəkmə qərarı alıb. Körfəz Əməkdaşlıq Şurasının üzvlərindən 3 ölkə bugün ittifaq müqaviləsi imzalayıb. Müqavilədə deyilir ki, Qatar 3 ay əvvəl Riyadda imzalanmış müqavilədə uğursuzluğa düçar olub. GCC üzvləri və Qatar arasındakı gərginlik son illərdə qızışıb.

Movqe.Az xəbər verir ki, ölkələr öz səfirlərinin təhlükəsizliyini təmin etmək üçün onları geri çağırmağa qərar verib.

Qatar Müsəlman Qardaşların ən maliyyə və diplomatik dəstəkçisi olaraq görülür.