Ayan qızı Selenadan nə danışdı ?

5 Mart 2014 15:39 (UTC+04:00)

Bu yaxınlarda ana olan müğənni Ayan Babakişiyeva 106.3 FM-də yayımlanan "Müleyli" şousuna telefonla bağlanaraq, qızından bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi yenicə doğulan Selenanın ona qeyri-adi hisslər yaşatdığını deyib:

"Qızım nəfəsimdir, yaşamaq həvəsimdir. Analıq çox qeyri-adi, müqəddəs hisdir. O hissi dadmaq lazımdır. Yalnız ondan sonra həmin hisslərin gözəlliyini başa düşmək olar. Qızım doğulanda qardaşım Samir də Türkiyədən gəldi. Bizi görüb, yenidən ora qayıtdı. O da mənim qədər sevinirdi".

Qeyd edək ki, Ayan Babakişiyeva martın 1-də ana olun.