Acun 24 il bundan əvvəl itirdiyi ana və atasının adını belə yaşadacaq !

5 Mart 2014 16:02 (UTC+04:00)
Acun İlicalı 24 il bundan qabaq avtomobil qəzasında ata və anasını itirib. Mövqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.İlıcalı, 1990-ci ildəki bir yol qəzasında itirdiyi anası İlknur İlıcalı və atası Ergün İlıcalının adını yaşadacaq bir qocalar evi və reabilitasiya mərkəzində yaşadacaq. İstedadlı prodüsser ata və anasının ölümünün 25 illiyi münasibəti ilə belə bir xeyir iş görüb. 


Məlumat üçün bildirək ki, Acun "Ergün-İlknur İlıcalı Xəstə Baxım və Uşaq Reabilitasiya Mərkəzini" xidmətə hazır hala gətirdikdən sonra "İctimai Xidmətlər Təşkilat"ına bağışlayacaq.