75 yaşlı qadının bu addımı sizi şoka salacaq !
5 Mart 2014 16:22 (UTC+04:00)
Bu gün səhər saatlarında Mingəçevirdə ahıl yaşlı qadın həyatına son
qoyub. Rayon polis şöbəsindən Movqe.az-a verilən əmlumata
görə, İncilli yaşayış massivi, ev 8 ünvanında yaşayan 1939-cu il
təvəllüdlü Rəfiqə Əsəd qızı Həsənova özünü Qarabağ su kanalının
Mingəçevir ərazisindən keçən hissəsinə atıb. Onun meyidi
xilasedicilər tərəfindən çıxarılıb.
Araşdırmalar zamanı məlum olub ki, Rəfiqə Həsənova səhər saat
08:00-da heç kimə nəsə demədən evdən çıxıb.
Qeyd edək ki, 75 yaşlı Rəfiqə Həsənova bundan əvvəl də bir neçə
dəfə intihara cəhd edib. Onun intihar etməsinin səbəbləri hələlik
məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.