Azərbaycan Dövlət İqtisad Universitetinə yeni rektor təyin olunub

5 Mart 2014 18:00 (UTC+04:00)

Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru təyin edilib. Movqe.az xəbər verir ki,bu barədə Azərbaycan prezidenti İlham Əliyev bu gün sərəncam imzalayıb. Qeyd edək ki, ADİU-nun rektoru millət vəkili Şəmsəddin Hacıyev idi.Dövlət başçısının digər sərəncamı ilə Ş. Hacıyev rektor vəzifəsindən azad edilib.