İndoneziyadakı əxlaqsızlıq yuvalarında "çalışanlar" arasında yetkinlik yaşına çatmayanlar, hətta uşaqlar da az deyil.
Milli.Az AHT-yə istinadən bildirir ki, paytaxt Cakartadakı
fahişəxanalardan birində "işləyən" 11
yaşlı Surda gündə 20 müştəriyə "xidmət"ə
vadar olunub.
BMT hesabatlarına görə, İndoneziyada hər il 70 minə yaxın uşaq
cinsi istismara məruz qalır.
"Bu uşaqlar arasında bəzən mobil telefon, bəzən də narkotik maddə
almaq üçün bədənlərini satmağa başlayanlar var. Onlar arasında
əxlaqsız yaşama son qoyanlar da yox deyil. Amma belə uşaqlar və
yeniyetmələr pula ehtiyac duyan kimi yenidən fahişəliyə
başlayırlar", - hesabatda deyilir.