Yuxu xəstəlikləri iflicə səbəb ola bilər

13 İyun 2012 13:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ekspertlər yaxşı yuxunun insanı növbəti günə hazırladığını söyləyərək, yuxu pozğunluğunun sağlamlığa ziyan olduğunu bildiriblər.

Yuxu xəstəliyi yaşayanları bir çox təhlükənin gözlədiyini söyləyən ekspertlər, ürək xəstəlikləri ilə iflic olma riskinin ön planda olduğunu bildiriblər.

Onlar, yuxu insan həyatının üçdə birini təmin edən bir müddət olduğunu və həyatın üçdə birinin yuxuda keçməsi ilə bərabər, yuxuda baş verən hadisələrin bütün funksiyalara təsir etdiyini açıqlayıblar.

Bundan əlavə, yatmaq yalnız istirahət üçün bir vaxt deyil, həmçinin bir sıra həyatı funksiyaların meydana gəldiyi bir dövrdür. Buna nümunə olaraq, qalıcı yaddaşın meydana gəlməsi, immunitet sisteminin təşkil edilməsi, bəzi hormonların salınması, kilo və iştaha funksiyalarının nizamlanmasının hər vaxt və yalnız yuxuda reallaşdığını göstəriblər.

Yuxu ilə bağlı bir sıra şikayətlər müvcuddur ki, bunlara müəyyən müddət yatmağa baxmayaraq gün içində yorğun və yuxulu olmaq, həftədə 2-3 gecə yuxuya getməkdə çətinlik çəkmək, axşam saatlarında və ya yatağa girildiyində ayaqlarda narahatlığın hiss edilməsi, yuxuya getməməklə bağlı axşam saatlarından etibarən narahat olmaq, yataqda davamlı olaraq ayaqları hərəkət etdirmək məcburiyyətində qalmaq, gecə nəfəs ala bilməmə hissi ilə oyanmaq, xoruldamanın yan otaqlardan eşidiləcək qədər güclü olduğunun deyilməsi aiddir.

Həkimlər, bu şikayətlərə laqeyd yanaşmamağı bildirərək, "Yuxu xəstəlikləri, insanda ürək xəstəlikləri, iflic və hətta xərçəng kimi həyati təhlükəli xəstəliklərin  meydana gəlməsinə səbəb ola bilər. Amma bu xəstəliklərin çoxunun müalicəsinin mövcud olması sevindirici haldır." sözlərini bildiriblər.