Şou biznesin iki küsülü müğənnisi barışdı

6 Mart 2014 11:46 (UTC+04:00)
Müğənnilər Nura Suri və Zamiq Hüseynov şou-biznesin küsülüləri sırasına daxildir. Mövqe.az xəbər verir ki, bu barədə danışan Nura Suri hal-hazırda Zamiqlə arasının normal olduğunu, aralarında sadəcə salam və sağol olduğunu açıqlayıb : "Zamiqlə münasibət normaldır. Əvvəllər küsülü idik. Amma buna baxmayaraq Zamiq həmişə məni təqdim edəndə çox yaxşı, əsl centlmen kimi təqdim edir. İstər toyda, istərsədə başqa məkanlarda... O, yaxşı cəhəti var".