Azərbaycan həbsxanalarında qadağan olunmuş əşya
6 Mart 2014 13:59 (UTC+04:00)
Həbsxanalarında qadağan olunmuş əşyalar aşkar
edilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən
Movqe.az-a verilən məlumata görə, Bakı təcridxanalarında saxlanılan
Elçin Arif oğlu Abdullayev və Qobustan həbsxanasında Murad Hamlet
oğlu Məmmədov bir daha qanunu pozublar.
Ədliyyə Nazirliyinin Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan,
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə
təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Arif oğlu Abdullayevin
saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, yatdığı
çarpayının üstündəki döşəyin altında gizlədilmiş, daxilində danışıq
kartı olan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar
edilərək götürülüb. Ədliyyə
Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata
keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan
həbsxanasında cəza çəkən, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3
və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum
edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun saxlandığı kameraya və
üzərinə baxış keçirilərkən, əynində olan şalvarın cibindən 1(bir)
ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək
götürülüb. Hər iki fakt üzrə araşdırma
aparılır.