"Mama Roza"lar ələ keçib

6 Mart 2014 14:05 (UTC+04:00)

Qadınları fahişəliyə cəlb etdiklərinə görə Bakı şəhərinin 3 sakini saxlanılıb. Movqe.az-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumatlar əsasında İdarə əməkdaşları əməliyyat tədbirləri həyata keçiriblər. Keçirilən əməliyyat tədbiləri nəticəsində Bakı şəhərinin 3 sakini saxlanılıb. Onların hər üçü qadındır. Bunlar - Rəna Əliyeva, Elnarə Ələsgərova və Rəvşalə Əliyevadır.

Onların gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdikləri məlum olub.